Cümə günü namazdan qabaq halqa qurub oturmaq və imam xütbə verərkən dizləri qucaqlayıb oturmaq haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُصَفَّى الْحِمْصِيُّ ، حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ عَبْدِ اللهِ بْنِ وَاقِدٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَن الاِحْتِبَاءِ يَوْمَ الْجُمُعَةِ , يَعْنِي وَالإِمَامُ يَخْطُبُ.
“Amr ibn Şueyb atasından və babasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə günü imam xütbə deyərkən adamın ayaqlarını özünə yığıb əlləri ilə dizlərini tutmağı qadağan etmişdir.”
İstinad
İbn Məcə, 1134 (İqamətus-salat, 332)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr