Namazlara başlamaq və onda olan sünnələr

Sübh namazından qabaq olan iki rükət sünnə namazındakı qiraət haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانٍ ، وَمُحَمَّدُ بْنُ عَبَادَةَ الْوَاسِطِيَّانِ ، قَالاَ : حَدَّثَنَا أَبُو أَحْمَدَ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ مُجَاهِدٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : رَمَقْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَهْرًا ، فَكَانَ يَقْرَأُ فِي الرَّكْعَتَيْنِ قَبْلَ الْفَجْرِ : {قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ} ، وَ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ}.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən bir ay müddətində Peyğəmbərin ﷺ Sübh namazından qabaq olan iki rükət sünnədə nə oxuduğuna nəzər yetirdim. O, “əl-Kəfirun” və “əl-İxlas” surələrini oxuyardı.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1149 (İqamətus-salat, 347)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr