Namazlara başlamaq və onda olan sünnələr

Namaz üçün iqamə deyildikdə fərz namazından başqa namazın olmaması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَرْجِسَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأَى رَجُلاً يُصَلِّي الرَّكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْغَدَاةِ ، وَهُوَ فِي الصَّلاَةِ ، فَلَمَّا صَلَّى قَالَ لَهُ : بِأَيِّ صَلاَتَيْكَ اعْتَدَدْتَ.

“Abdullah ibn Sərcis ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazını qılarkən bir kişinin Sübh namazından qabaq iki rükət namaz qıldığını gördü və namazını bitirdikdən sonra ona dedi: “Sən bu namazlardan hansını (fərz) namaz sayırsan?””

Abdullah ibn Sərcis
Səhih

İstinad

İbn Məcə, 1152 (İqamətus-salat, 350)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr