Namazlara başlamaq və onda olan sünnələr

Gündüz qılınan nafilələr haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، وَأَبِي ، وَإِسْرَائِيلُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَاصِمِ بْنِ ضَمْرَةَ السَّلُولِيِّ ، قَالَ : سَأَلْنَا عَلِيًّا عَنْ تَطَوُّعِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالنَّهَارِ , فَقَالَ : إِنَّكُمْ لاَ تُطِيقُوهُ ، فَقُلْنَا : أَخْبِرْنَا بِهِ نَأْخُذْ مِنْهُ مَا اسْتَطَعْنَا ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا صَلَّى الْفَجْرَ يُمْهِلُ ، حَتَّى إِذَا كَانَتِ الشَّمْسُ مِنْ هَاهُنَا ، يَعْنِي مِنْ قِبَلِ الْمَشْرِقِ ، مِقْدَارَهَا مِنْ صَلاَةِ الْعَصْرِ مِنْ هَاهُنَا ، يَعْنِي مِنْ قِبَلِ الْمَغْرِبِ ، قَامَ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ يُمْهِلُ حَتَّى إِذَا كَانَتِ الشَّمْسُ مِنْ هَاهُنَا ، يَعْنِي مِنْ قِبَلِ الْمَشْرِقِ ، مِقْدَارَهَا مِنْ صَلاَةِ الظُّهْرِ مِنْ هَاهُنَا , قَامَ فَصَلَّى أَرْبَعًا ، وَأَرْبَعًا قَبْلَ الظُّهْرِ إِذَا زَالَتِ الشَّمْسُ ، وَرَكْعَتَيْنِ بَعْدَهَا ، وَأَرْبَعًا قَبْلَ الْعَصْرِ ، يَفْصِلُ بَيْنَ كُلِّ رَكْعَتَيْنِ بِالتَّسْلِيمِ عَلَى الْمَلاَئِكَةِ الْمُقَرَّبِينَ وَالنَّبِيِّينَ ، وَمَنْ تَبِعَهُمْ مِنَ الْمُسْلِمِينَ وَالْمُؤْمِنِينَ. قَالَ عَلِيٌّ : فَتِلْكَ سِتَّ عَشْرَةَ رَكْعَةً ، تَطَوُّعُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالنَّهَارِ ، وَقَلَّ مَنْ يُدَاوِمُ عَلَيْهَا. قَالَ وَكِيعٌ : زَادَ فِيهِ أَبِي : فَقَالَ حَبِيبُ بْنُ أَبِي ثَابِتٍ : يَا أَبَا إِسْحَاقَ , مَا أُحِبُّ أَنَّ لِي بِحَدِيثِكَ هَذَا مِلْءَ مَسْجِدِكَ هَذَا ذَهَبًا.

“Rəvayət edilir ki, Asim ibn Damra əs-Səluli ﵀ demişdir: “Biz Əlidən Allah Elçisinin ﷺ gündüz qıldığı (nafilə) namazlar barədə soruşduq. O dedi: “Düzü, sizin bu namazları yerinə yetirməyə gücünüz yetməyəcək”. Biz dedik: “Sən bizə de, biz də bacardığımızı edərik”. O dedi: “Allah Elçisi ﷺ Sübh namazını qılandan sonra günəş bura qədər, yəni gün çıxana və Əsr namazından sonra günəş batana qədər nafilə namazları təxirə salardı. Sonra iki rükət namaz qılardı. Sonra günəş yüksəlib günortaüstü (zenitə) yaxınlaşdığı zaman dörd rükət namaz qılardı. Günəş zenitdən keçdikdən sonra Zöhr namazından əvvəl dörd rükət, sonra iki rükət, Əsr namazından əvvəl dörd rükət namaz qılar və (bu dörd rükətin) hər iki rükətini (təşəhhüddə) Allaha müti olan mələklərə və peyğəmbərlərə, habelə onların yolunu tutub gedən müsəlmanlara və möminlərə salam verməklə ayırardı. Əli dedi: “Bu on altı rükət Allah Elçisinin ﷺ gündüz vaxtı qıldığı nafilə namazlardır və buna çox az adam riayət edir”. Ravi Vaki deyir: “Atam bunu əlavə etmişdi: “Həbib ibn Əbu Sabit dedi: “Ey Əbu İshaq! Sənin rəvayət etdiyin bu hədis mənə qızılla dolu olan məsciddən mənə daha sevimlidir”.”

Asim ibn Damra əs-Səluli
Həsən

İstinad

İbn Məcə, 1161 (İqamətus-salat, 359)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr