Namazlara başlamaq və onda olan sünnələr

Məğrib namazından qabaq qılınan iki rükət haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ عَلِيَّ بْنَ زَيْدِ بْنِ جُدْعَانَ ، قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : إِنْ كَانَ الْمُؤَذِّنُ لَيُؤَذِّنُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَيُرَى أَنَّهَا الإِقَامَةُ ، مِنْ كَثْرَةِ مَنْ يَقُومُ فَيُصَلِّي الرَّكْعَتَيْنِ قَبْلَ الْمَغْرِبِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ vaxtında müəzzin Məğrib namazının azanını verdikdə Məğrib namazından qabaq qılınan iki rükət sünnəni qılanların çoxluğuna görə bunun iqamə olduğu güman edilərdi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1163 (İqamətus-salat, 361)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr