Məğrib namazından sonra qılınan iki rükət haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ الضَّحَّاكِ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَاصِمِ بْنِ عُمَرَ بْنِ قَتَادَةَ ، عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : أَتَانَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي بَنِي عَبْدِ الأَشْهَلِ ، فَصَلَّى بِنَا الْمَغْرِبَ فِي مَسْجِدِنَا ، ثُمَّ قَالَ : ارْكَعُوا هَاتَيْنِ الرَّكْعَتَيْنِ فِي بُيُوتِكُمْ.
“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Peyğəmbər ﷺ Bəni Abduləşhəl tayfasının yanına gəldi və onların məscidində bizə Məğrib namazını qıldırdı. Sonra belə buyurdu: “Bu iki rükəti (sünnəni) evinizdə qılın!””
İstinad
İbn Məcə, 1165 (İqamətus-salat, 363)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr