Vitr namazı haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو حَفْصٍ الأَبَّارُ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ وِتْرٌ يُحِبُّ الْوِتْرَ , فَأَوْتِرُوا يَا أَهْلَ الْقُرْآنِ , فَقَالَ أَعْرَابِيٌّ : مَا يَقُولُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ قَالَ : لَيْسَ لَكَ وَلاَ لأَصْحَابِكَ.
“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah təkdir və tək olanı sevir. Tək rükət olan vitri qılın, ey Quran əhli!” Bir bədəvi dedi: “Allah Elçisi ﷺ nə deyir?” Abdullah dedi: “Bu namaz nə sənin, nə də sənin yoldaşların üçün deyil”.”
İstinad
İbn Məcə, 1170 (İqamətus-salat, 368)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr