Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazında edilən qunut duası haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ بُرَيْدِ بْنِ أَبِي مَرْيَمَ ، عَنْ أَبِي الْحَوْرَاءِ ، عَنِ الْحَسَنِ بْنِ عَلِيٍّ ، قَالَ : عَلَّمَنِي جَدِّي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَلِمَاتٍ أَقُولُهُنَّ فِي قُنُوتِ الْوِتْرِ : اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ , وَعَافِنِي فِيمَنْ عَافَيْتَ ، وَتَوَلَّنِي فِيمَنْ تَوَلَّيْتَ ، وَقِنِي شَرَّ مَا قَضَيْتَ ، وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ ، إِنَّكَ تَقْضِي وَلاَ يُقْضَى عَلَيْكَ ، إِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ ، سُبْحَانَكَ رَبَّنَا تَبَارَكْتَ وَتَعَالَيْتَ.

“Rəvayət edilir ki, Həsən ibn Əli ﵄ demişdir: “Babam Allah Elçisi ﷺ mənə Vitr namazının qunutunda deyiləcək bu kəlmələri öyrətdi: “Allah Elçisi ﷺ mənə Vitr namazında demək üçün kəlmələr öyrətdi: “Allahım, hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Dost qəbul etdiyin kimsə zəlil olmaz! Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz! Ey Rəbbimiz, Sən xeyirxahsan, ucasan!””

Həsən ibn Əli
Səhih

İstinad

İbn Məcə, 1178 (İqamətus-salat, 376)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr