Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazının gecənin sonunda qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا ابْنُ أَبِي غَنِيَّةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي سُفْيَانَ ، عَنْ جَابِرٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ خَافَ مِنْكُمْ أَنْ لاَ يَسْتَيْقِظَ مِنْ آخِرِ اللَّيْلِ ، فَلْيُوتِرْ مِنْ أَوَّلِ اللَّيْلِ , ثُمَّ لِيَرْقُدْ ، وَمَنْ طَمِعَ مِنْكُمْ أَنْ يَسْتَيْقِظَ مِنْ آخِرِ اللَّيْلِ ، فَلْيُوتِرْ مِنْ آخِرِ اللَّيْلِ ، فَإِنَّ قِرَاءَةَ آخِرِ اللَّيْلِ مَحْضُورَةٌ ، وَذَلِكَ أَفْضَلُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecənin sonunda yuxudan ayılmayacağından qorxursa, Vitr namazını gecənin əvvəlində qılsın, sonra da yatsın. Kim gecənin sonunda yuxudan oyanacağına ümid edirsə, Vitr namazını gecənin sonunda qılsın. Həqiqətən, gecənin sonunda (qılınan namaz və) oxunan Quran qiraətinə mələklər şahid olurlar və bu, daha fəzilətlidir”.”

Cabir
Səhih

İstinad

İbn Məcə, 1187 (İqamətus-salat, 385)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr