Vitr namazının üç, beş, yeddi və doqquz rükət qılınması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ ، فَقُلْتُ : يَا أُمَّ الْمُؤْمِنِينَ , أَفْتِينِي عَنْ وِتْرِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَتْ : كُنَّا نُعِدُّ لَهُ سِوَاكَهُ وَطَهُورَهُ ، فَيَبْعَثُهُ اللَّهُ فِيمَا شَاءَ أَنْ يَبْعَثَهُ مِنَ اللَّيْلِ ، فَيَتَسَوَّكُ وَيَتَوَضَّأُ ، ثُمَّ يُصَلِّي تِسْعَ رَكَعَاتٍ , لاَ يَجْلِسُ فِيهَا إِلاَّ عِنْدَ الثَّامِنَةِ , فَيَدْعُو رَبَّهُ ، وَيُصَلِّي عَلَى نَبِيِّهِ ، ثُمَّ يُسَلِّمُ تَسْلِيمًا يُسْمِعُنَا ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ بَعْدَ مَا يُسَلِّمُ ، فَتِلْكَ إِحْدَى عَشْرَةَ رَكْعَةً ، فَلَمَّا أَسَنَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَخَذَ اللَّحْمَ ، أَوْتَرَ بِسَبْعٍ , وَصَلَّى رَكْعَتَيْنِ بَعْدَ مَا سَلَّمَ.
“Rəvayət edilir ki, Səd ibn Hişam ﵀ demişdir: “Mən Aişəyə sual verərək dedim: “Ey möminlərin anası, Allah Elçisinin ﷺ Vitr namazını necə qıldığı haqda xəbər ver”. O dedi: “Biz ona misvak və dəstəmaz almaq üçün su hazırlayardıq. Allah istədiyi vaxt gecə onu oyadardı. Oyanan kimi misvakdan istifadə edər, dəstəmaz alar, doqquz rükət namaz qılar, səkkizinci rükətə qədər oturmaz, yalnız səkkizinci rükətdə oturardı. Rəbbinə dua edər, Onun peyğəmbərinə salavat edər, sonra bizim eşidəcəyimiz şəkildə salam verərdi. Salam verdikdən sonra iki rükət namaz qılar, bununla da on bir rükət namaz qılardı. Allah Elçisi yaşa dolub bir qədər kökəldikdə Vitr namazını yeddi rükət qılar, salam verdikdən sonra iki rükət də qılardı”.”
İstinad
İbn Məcə, 1191 (İqamətus-salat, 389)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr