Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazını qıldıqdan sonra oturaraq qılınan iki rükət namaz haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا عُمَرُ بْنُ عَبْدِ الْوَاحِدِ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : حَدَّثَتْنِي عَائِشَةُ ، قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُوتِرُ بِوَاحِدَةٍ ، ثُمَّ يَرْكَعُ رَكْعَتَيْنِ , يَقْرَأُ فِيهِمَا وَهُوَ جَالِسٌ ، فَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ ، قَامَ فَرَكَعَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Vitr namazını tək rükət qılardı. Sonra oturaraq iki rükət qılar və qiraətini də oturaraq edərdi. Ruku etmək istədikdə isə qalxıb ruku edərdi”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1196 (İqamətus-salat, 394)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr