Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazından sonra qılınan Sübh namazının iki rükətindən sonra böyrü üstə yatmaq haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا صَلَّى رَكْعَتَيِ الْفَجْرِ اضْطَجَعَ عَلَى شِقِّهِ الأَيْمَنِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Sübh namazının iki rükət sünnəsini qıldıqdan sonra sağ tərəfi üstə uzanardı”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1198 (İqamətus-salat, 396)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr