Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazının minik üzərində qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ عُمَرَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ بْنِ الْخَطَّابِ ، عَنْ سَعِيدِ بْنِ يَسَارٍ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ عُمَرَ ، فَتَخَلَّفْتُ , فَأَوْتَرْتُ ، فَقَالَ : مَا خَلَّفَكَ ؟ قُلْتُ : أَوْتَرْتُ ، فَقَالَ : أَمَا لَكَ فِي رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أُسْوَةٌ حَسَنَةٌ ؟ قُلْتُ : بَلَى ، قَالَ : فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يُوتِرُ عَلَى بَعِيرِهِ.

“Rəvayət edilir ki, Səid ibn Yəsar ﵀ demişdir: “Mən bir səfərdə İbn Ömərlə birlikdə idim. Geriyə qalaraq Vitr namazını qıldım. (Ona çatdıqda) mənə dedi: “Nəyə görə geri qaldın?” Mən dedim: “Vitr namazını qılırdım”. İbn Ömər dedi: “Allah Elçisi ﷺ sənə gözəl nümunə deyilmi?” Mən dedim: “Əlbəttə”. O dedi: “Həqiqətən, Allah Elçisi ﷺ Vitr namazını dəvəsinin üzərində qılardı”.”

Səid ibn Yəsar
Səhih

İstinad

İbn Məcə, 1200 (İqamətus-salat, 398)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr