Namazlara başlamaq və onda olan sünnələr

İkinci rükətdə oturmayıb qalxan nə etməlidir?

حَدَّثَنَا عُثْمَانُ ، وَأَبُو بَكْرٍ ابْنَا أَبِي شَيْبَةَ ، وَهِشَامُ بْنُ عَمَّارٍ ، قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ الأَعْرَجِ ، عَنِ ابْنِ بُحَيْنَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلَّى صَلاَةً ، أَظُنُّ أَنَّهَا الْعَصْرُ ، فَلَمَّا كَانَ فِي الثَّانِيَةِ , قَامَ قَبْلَ أَنْ يَجْلِسَ ، فَلَمَّا كَانَ قَبْلَ أَنْ يُسَلِّمَ سَجَدَ سَجْدَتَيْنِ.

“İbn Buheynə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namaz qıldı. Zənn edirəm ki, bu, Əsr namazı idi. İkinci rükətə gəldikdə oturmadan ayağa qalxdı. Sonda salam verməzdən qabaq iki dəfə səcdə etdi.”

İbn Buheynə
Səhih

İstinad

İbn Məcə, 1206 (İqamətus-salat, 404)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr