Namazlara başlamaq və onda olan sünnələr

Namazda cənabətli olduğunu bilən haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُوسَى التَّيْمِيُّ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، مَوْلَى الأَسْوَدِ بْنِ سُفْيَانَ , عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ ثَوْبَانَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : خَرَجَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى الصَّلاَةِ وَكَبَّرَ ، ثُمَّ أَشَارَ إِلَيْهِمْ ، فَمَكَثُوا ، ثُمَّ انْطَلَقَ فَاغْتَسَلَ ، وَكَانَ رَأْسُهُ يَقْطُرُ مَاءً ، فَصَلَّى بِهِمْ ، فَلَمَّا انْصَرَفَ قَالَ : إِنِّي خَرَجْتُ إِلَيْكُمْ جُنُبًا ، وَإِنِّي نَسِيتُ حَتَّى قُمْتُ فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ namaz qılmaq üçün evindən çıxıb məscidə gəldi. Təkbir etdikdən sonra camaata yerlərində qalmaları üçün işarə etdi. Sonra evinə gedib qüsl aldı. Onun başından su damcılayırdı. Camaata namaz qıldırdı. Namaz qurtardıqdan sonra belə buyurdu: “Həqiqətən, mən sizin yanınıza cənabətli halda gəlmişdim. Bu halı namaza başlayana qədər unutmuşdum”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1220 (İqamətus-salat, 418)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr