Namazlara başlamaq və onda olan sünnələr

Xəstənin namaz qılması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ إِبْرَاهِيمَ بْنِ طَهْمَانَ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنِ ابْنِ بُرَيْدَةَ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : كَانَ بِيَ النَّاصُورُ ، فَسَأَلْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الصَّلاَةِ ، فَقَالَ : صَلِّ قَائِمًا ، فَإِنْ لَمْ تَسْتَطِعْ فَقَاعِدًا ، فَإِنْ لَمْ تَسْتَطِعْ ، فَعَلَى جَنْبٍ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Məndə babasil xəstəliyi var idi. Peyğəmbərdən ﷺ bu haqda soruşduqda buyurdu: “Ayaq üstə namaz qıl! Əgər bunu bacarmasan, oturaraq qıl! Bunu da bacarmasan, uzanaraq qıl!””

İmran ibn Husayn
Səhih

İstinad

İbn Məcə, 1223 (İqamətus-salat, 421)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr