“Həqiqətən, imam ona tabe olmaq üçün təyin edilmişdir” sözü haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صُرِعَ عَنْ فَرَسٍ , فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ ، فَدَخَلْنَا نَعُودُهُ ، وَحَضَرَتِ الصَّلاَةُ ، فَصَلَّى بِنَا قَاعِدًا ، وَصَلَّيْنَا وَرَاءَهُ قُعُودًا ، فَلَمَّا قَضَى الصَّلاَةَ ، قَالَ : إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ , فَقُولُوا : رَبَّنَا وَلَكَ الْحَمْدُ ، وَإِذَا سَجَدَ فَاسْجُدُوا ، وَإِذَا صَلَّى قَاعِدًا , فَصَلُّوا قُعُودًا أَجْمَعِينَ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ atdan yıxılaraq sağ böyrünü əzmişdi. Onu ziyarət etmək üçün yanına gəlmişdik. Namaz vaxtı girdikdə bizə oturaraq namaz qıldırdı. Biz onun arxasında namazı oturaraq qıldıq. Namazı bitirdikdən sonra belə buyurdu: “Həqiqətən, imam ona tabe olmaq üçün təyin edilmişdir. O, təkbir etdikdə təkbir edin, ruku etdikdə ruku edin. O, “Səmi Alla:hu limən həmidəh!” dedikdə siz: “Rabbənə: və ləkəl-həmd!” deyin. O, səcdə etdikdə səcdə edin. O, namazı oturaraq qılarsa, siz də oturaraq qılın!””
İstinad
İbn Məcə, 1238 (İqamətus-salat, 436)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr