Namazda ilan və əqrəbin öldürülməsi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ الأَوْدِيُّ ، وَالْعَبَّاسُ بْنُ جَعْفَرٍ ، قَالاَ : حَدَّثَنَا عَلِيُّ بْنُ ثَابِتٍ الدَّهَّانُ ، حَدَّثَنَا الْحَكَمُ بْنُ عَبْدِ الْمَلِكِ ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَدَغَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَقْرَبٌ وَهُوَ فِي الصَّلاَةِ فَقَالَ : لَعَنَ اللَّهُ الْعَقْرَبَ ، مَا تَدَعُ الْمُصَلِّيَ وَغَيْرَ الْمُصَلِّي ، اقْتُلُوهَا فِي الْحِلِّ وَالْحَرَمِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ namaz qılarkən onu əqrəb sancmışdı. O buyurdu: “Allah əqrəbə lənət etsin! Namaz qılanı da, qılmayanı da sancır. Onu haram ərazisində də, kənarda da harada gördünüz öldürün!””
İstinad
İbn Məcə, 1246 (İqamətus-salat, 444)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr