Sübh və Əsr namazlarından sonra namaz qılmağın qadağan olması
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ (ح) وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا هَمَّامٌ ، حَدَّثَنَا قَتَادَةُ ، عَنْ أَبِي الْعَالِيَةِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : شَهِدَ عِنْدِي رِجَالٌ مَرْضِيُّونَ , فِيهِمْ عُمَرُ بْنُ الْخَطَّابِ , وَأَرْضَاهُمْ عِنْدِي عُمَرُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ صَلاَةَ بَعْدَ الْفَجْرِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَلاَ صَلاَةَ بَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mənim yanımda özlərindən razılıq edilən insanlar var idi ki, Ömər ibn əl-Xattab da var idi və onlardan ən dindarı da o idi – şahidlik etdilər ki, Allah Elçisi ﷺ belə buyurdu: “Günəş çıxana qədər Sübh namazından və günəş batana qədər Əsr namazından sonra namaz yoxdur”.”
İstinad
İbn Məcə, 1250 (İqamətus-salat, 448)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr