Məkkədə bütün vaxtlarda namaz qılmanın icazəli olması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ بَابَيْهِ ، عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا بَنِي عَبْدِ مَنَافٍ , لاَ تَمْنَعُوا أَحَدًا طَافَ بِهَذَا الْبَيْتِ وَصَلَّى أَيَّةَ سَاعَةٍ شَاءَ مِنَ اللَّيْلِ وَالنَّهَارِ.
“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Bənu Abdimənaf! Gecənin və gündüzün istənilən vaxtında bu Evi təvaf edən və namaz qılan heç kimə mane olmayın!””
İstinad
İbn Məcə, 1254 (İqamətus-salat, 452)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr