Namazlara başlamaq və onda olan sünnələr

Qorxu namazı haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا أَيُّوبُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلَّى بِأَصْحَابِهِ صَلاَةَ الْخَوْفِ ، فَرَكَعَ بِهِمْ جَمِيعًا ، ثُمَّ سَجَدَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَالصَّفُّ الَّذِينَ يَلُونَهُ ، وَالآخَرُونَ قِيَامٌ ، حَتَّى إِذَا نَهَضَ سَجَدَ أُولَئِكَ بِأَنْفُسِهِمْ سَجْدَتَيْنِ ، ثُمَّ تَأَخَّرَ الصَّفُّ الْمُقَدَّمُ ، حَتَّى قَامُوا مُقَامَ أُولَئِكَ ، وَتَخَلَّلَ أُولَئِكَ , حَتَّى قَامُوا مُقَامَ الصَّفِّ الْمُقَدَّمِ ، فَرَكَعَ بِهِمُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَمِيعًا ، ثُمَّ سَجَدَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَالصَّفُّ الَّذِي يَلُونَهُ ، فَلَمَّا رَفَعُوا رُؤُوسَهُمْ , سَجَدَ أُولَئِكَ سَجْدَتَيْنِ ، فَكُلُّهُمْ قَدْ رَكَعَ مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَسَجَدَ طَائِفَةٌ بِأَنْفُسِهِمْ سَجْدَتَيْنِ ، وَكَانَ الْعَدُوُّ مِمَّا يَلِي الْقِبْلَةَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ səhabələrinə qorxu namazı qılmışdı. Onlar birlikdə ruku etdikdən sonra Allah Elçisi ﷺ və arxasında cərgədə olanlar səcdə etdilər. Digər dəstədə olanlar ayaq üstə dayanmışdılar. Allah Elçisi ﷺ ikinci rukətə dikəldikdə digər dəstədə olanlar özləri iki dəfə səcdə etdilər. Sonra ön cərgədə duranlar geri çəkilərək arxada olan cərgənin yerinə keçdilər. Cərgələr bu formada yerlərini dəyişdirdikdə Peyğəmbər ﷺ hamısı ilə birlikdə ruku etdi. Sonra Allah Elçisi ﷺ və arxasında olan cərgədəkilər səcdə etdi. Səcdədən dikəldikdə digər dəstədə olanlar da özləri səcdə etdilər. Beləliklə də bütün camaat Peyğəmbərlə ﷺ birlikdə ruku etdi və dəstələr də özləri səcdə etdilər. Düşmən də önlərində qiblə tərəfdə idi”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 1260 (İqamətus-salat, 458)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr