Yağışın yağması üçün edilən dua haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، أَنَّهُ قَالَ لِكَعْبٍ : يَا كَعْبُ بْنَ مُرَّةَ , حَدِّثْنَا عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَاحْذَرْ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، اسْتَسْقِ اللَّهَ , فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَدَيْهِ , فَقَالَ : اللَّهُمَّ اسْقِنَا غَيْثًا مَرِيعًا طَبَقًا عَاجِلاً غَيْرَ رَائِثٍ ، نَافِعًا غَيْرَ ضَارٍّ ، قَالَ : فَمَا جَمَّعُوا حَتَّى أُحْيُوا ، قَالَ : فَأَتَوْهُ , فَشَكَوْا إِلَيْهِ الْمَطَرَ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، تَهَدَّمَتِ الْبُيُوتُ ، فَقَالَ : اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا , قَالَ : فَجَعَلَ السَّحَابُ يَتَقَطَّعُ يَمِينًا وَشِمَالاً.
“Rəvayət edilir ki, Şurahbil ibn əs-Simt Kəbə ﵀ belə dedi: “Ey Kəb ibn Murra, mənə Allah Elçisindən ﷺ bir hədis danış, lakin ehtiyatlı ol”. Kəb dedi: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, Allahdan yağış istə!” Allah Elçisi ﷺ də əllərini qaldırıb belə dua etdi: “Allahım, bizə imdadımıza çatan, xoş, bərəkətli, faydalı, zərəri olmayan, elə indi yağacaq yağışı gecikdirmədən endir!” Yağış növbəti cüməyə qədər yağdı. Camaat da Allah Elçisinin ﷺ yanına gələrək yağışın çox yağmasından şikayət edərək dedilər: “Ey Allahın Elçisi, evlərimiz yıxıldı!” Allah Elçisi ﷺ də belə dua etdi: “Allahım, üzərimizə deyil, ətrafımıza (yağdır)”. Bundan sonra buludlar sağa və sola dağılmağa başladı”.”
İstinad
İbn Məcə, 1269 (İqamətus-salat, 467)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr