Namazlara başlamaq və onda olan sünnələr

Bayram namazları haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ عَطَاءٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ : أَشْهَدُ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ صَلَّى قَبْلَ الْخُطْبَةِ ، ثُمَّ خَطَبَ , فَرَأَى أَنَّهُ لَمْ يُسْمِعِ النِّسَاءَ , فَأَتَاهُنَّ فَذَكَّرَهُنَّ وَوَعَظَهُنَّ وَأَمَرَهُنَّ بِالصَّدَقَةِ ، وَبِلاَلٌ قَائِلٌ بِيَدَيْهِ هَكَذَا ، فَجَعَلَتِ الْمَرْأَةُ تُلْقِي الْخُرْصَ وَالْخَاتَمَ وَالشَّيْءَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən şahidlik edirəm ki, Allah Elçisi ﷺ bayram namazını xütbədən əvvəl qıldırdı. Sonra qadınların onun səsini eşitmədiyini gördükdə onların yanına gedib xütbə dedi və sədəqə vermələrini əmr etdi. Bilal da sədəqələri toplamaq üçün əli ilə ətəyini tutdu və qadınlar oraya bilərzik, üzük və digər şeylər atmağa başladılar”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1273 (İqamətus-salat, 471)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr