Namazlara başlamaq və onda olan sünnələr

Bayram namazları haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِسْمَاعِيلَ بْنِ رَجَاءٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ ، وَعَنْ قَيْسِ بْنِ مُسْلِمٍ ، عَنْ طَارِقِ بْنِ شِهَابٍ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : أَخْرَجَ مَرْوَانُ الْمِنْبَرَ يَوْمَ الْعِيدِ ، فَبَدَأَ بِالْخُطْبَةِ قَبْلَ الصَّلاَةِ ، فَقَامَ رَجُلٌ , فَقَالَ : يَا مَرْوَانُ , خَالَفْتَ السُّنَّةَ ، أَخْرَجْتَ الْمِنْبَرَ يَوْمَ عِيدٍ , وَلَمْ يَكُنْ يُخْرَجُ بِهِ ، وَبَدَأْتَ بِالْخُطْبَةِ قَبْلَ الصَّلاَةِ , وَلَمْ يَكُنْ يُبْدَأُ بِهَا ، فَقَالَ أَبُو سَعِيدٍ : أَمَّا هَذَا فَقَدْ قَضَى مَا عَلَيْهِ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ رَأَى مُنْكَرًا فَاسْتَطَاعَ أَنْ يُغَيِّرَهُ بِيَدِهِ ,فَلْيُغَيِّرْ بِيَدِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ بِلِسَانِهِ ، فَبِقَلْبِهِ ، وَذَلِكَ أَضْعَفُ الإِيمَانِ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Mərvan bayram günü minbəri məsciddən namazgaha çıxardı və namazdan qabaq xütbə deməyə başladıqda bir kişi ayağa qalxıb dedi: “Ey Mərvan, sən sünnəyə müxalif oldun! Sən bayram günü minbəri namazgaha çıxardın, halbuki minbər məsciddən namazgaha çıxarılmırdı. Namazdan əvvəl xütbə deməyə başladın, halbuki xütbə namazdan sonra olardı”. Əbu Səid dedi: “Bu adam üzərinə düşən vəzifəni yerinə yetirdi, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim bir pis hal görər və onu əli ilə dəyişdirməyə gücü çatarsa, əli ilə dəyişdirsin. Əgər əli ilə edə bilməzsə, dili ilə dəyişdirsin. Dili ilə edə bilmirsə, qəlbi ilə nifrət etsin. Bu da imanın ən zəifidir”.”

Əbu Səid
Səhih

İstinad

İbn Məcə, 1275 (İqamətus-salat, 473)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr