Namazlara başlamaq və onda olan sünnələr

Bayram namazlarında imamın neçə dəfə təkbir etməsi haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَعْدِ بْنِ عَمَّارِ بْنِ سَعْدٍ , مُؤَذِّنِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، حَدَّثَنِي أَبِي ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يُكَبِّرُ فِي الْعِيدَيْنِ , فِي الأُولَى سَبْعًا قَبْلَ الْقِرَاءَةِ ، وَفِي الآخِرَةِ خَمْسًا قَبْلَ الْقِرَاءَةِ.

“Allah Elçisinin ﷺ müəzzini Əmmar ibn Səd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bayram namazlarının ilk rükətində qiraətdən qabaq yeddi dəfə, ikinci rükətində isə qiraətdən qabaq beş dəfə təkbir edərdi.”

Abdur-Rahmən ibn Səd ibn Əmmar ibn Səd atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 1277 (İqamətus-salat, 475)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr