Namazlara başlamaq və onda olan sünnələr

Bayram namazlarının qiraəti haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ ، عَنْ ضَمْرَةَ بْنِ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : خَرَجَ عُمَرُ يَوْمَ عِيدٍ , فَأَرْسَلَ إِلَى أَبِي وَاقِدٍ اللَّيْثِيِّ : بِأَيِّ شَيْءٍ كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقْرَأُ فِي مِثْلِ هَذَا الْيَوْمِ ؟ قَالَ : بـ قاف , وَ {اقْتَرَبَتْ السَّاعَةُ}.

“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ﵀ demişdir: “Ömər bayram günü çıxaraq Əbu Vaqid əl-Leysini çağırtdırdı və ondan: “Peyğəmbər ﷺ belə günlərdə namazda hansı surələri oxuyurdu?” soruşdu. Əbu Vaqid dedi: “Qaf” və “əl-Qamər” surələrini oxuyardı”.”

Ubeydullah ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 1282 (İqamətus-salat, 480)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr