Namazdan qabaq xütbəni gözləmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا هَدِيَّةُ بْنُ عَبْدِ الْوَهَّابِ ، وَعَمْرُو بْنُ رَافِعٍ الْبَجَلِيُّ ، قَالاَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ السَّائِبِ ، قَالَ : حَضَرْتُ الْعِيدَ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَصَلَّى بِنَا الْعِيدَ ، ثُمَّ قَالَ : قَدْ قَضَيْنَا الصَّلاَةَ ، فَمَنْ أَحَبَّ أَنْ يَجْلِسَ لِلْخُطْبَةِ فَلْيَجْلِسْ ، وَمَنْ أَحَبَّ أَنْ يَذْهَبَ فَلْيَذْهَبْ.
“Rəvayət edilir ki, Abdullah ibn əs-Səib ﵁ demişdir: “Mən bayram namazında Allah Elçisinin ﷺ yanında idim. O bizə bayram namazını qıldırdıqda sonra buyurdu: “Biz (bayram) namazını qıldıq. Kim oturmaq istəyirsə, oturub xütbəni dinləsin. Kim də getmək istəyirsə, getsin”.”
İstinad
İbn Məcə, 1290 (İqamətus-salat, 488)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr