Bayram namazına piyada getmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ الْعُمَرِيُّ ، عَنْ أَبِيهِ ، وَعُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَخْرُجُ إِلَى الْعِيدِ مَاشِيًا ، وَيَرْجِعُ مَاشِيًا.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ bayram namazına piyada gedər, qayıtdıqda da piyada qayıdardı”.”
İbn Ömər
Həsənİstinad
İbn Məcə, 1295 (İqamətus-salat, 493)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr