Namazlara başlamaq və onda olan sünnələr

Bayram namazına gələndə bir yolla, qayıdanda isə başqa yolla qayıtmaq haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْخَطَّابِ ، حَدَّثَنَا مِنْدَلٌ ، عَنْ مُحَمَّدِ بْنِ عُبَيْدِ اللهِ بْنِ أَبِي رَافِعٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَأْتِي الْعِيدَ مَاشِيًا ، وَيَرْجِعُ فِي غَيْرِ الطَّرِيقِ الَّذِي ابْتَدَأَ فِيهِ.

“Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi atasından və babasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bayram namazına piyada gələr, qayıtdıqda isə gəldiyi yoldan başqa yolla qayıdardı.”

Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 1300 (İqamətus-salat, 498)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr