Qadınların bayram namazlarına gəlmələri haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانٍ ، عَنْ حَفْصَةَ بِنْتِ سِيرِينَ ، عَنْ أُمِّ عَطِيَّةَ ، قَالَتْ : أَمَرَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ نُخْرِجَهُنَّ فِي يَوْمِ الْفِطْرِ وَالنَّحْرِ ، قَالَ : قَالَتْ أُمُّ عَطِيَّةَ : فَقُلْنَا : أَرَأَيْتَ إِحْدَاهُنَّ لاَ يَكُونُ لَهَا جِلْبَابٌ ؟ قَالَ : فَتُلْبِسُهَا أُخْتُهَا مِنْ جِلْبَابِهَا.
“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Allah Elçisi ﷺ Ramazan və Qurban bayramlarında bizə namazgaha gəlməyimizi əmr edərdi”. Ravi deyir ki, Ummu Atiyyə Allah Elçisinə ﷺ: “Bayıra çıxmağa əbası olmayan nə etsin?” dedikdə o buyurdu: “(Müsəlman) bacısı ona əba geyindirsin”.”
İstinad
İbn Məcə, 1307 (İqamətus-salat, 505)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr