Namazlara başlamaq və onda olan sünnələr

Gecə namazı haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، وَابْنُ أَبِي عَدِيٍّ ، وَعَبْدُ الْوَهَّابِ ، وَمُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ عَوْفِ بْنِ أَبِي جَمِيلَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ عَبْدِ اللهِ بْنِ سَلاَمٍ ، قَالَ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَدِينَةَ , انْجَفَلَ النَّاسُ إِلَيْهِ ، وَقِيلَ : قَدِمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَجِئْتُ فِي النَّاسِ لأَنْظُرَ إِلَيْهِ ، فَلَمَّا اسْتَبَنْتُ وَجْهَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , عَرَفْتُ أَنَّ وَجْهَهُ لَيْسَ بِوَجْهِ كَذَّابٍ ، فَكَانَ أَوَّلَ شَيْءٍ تَكَلَّمَ بِهِ أَنْ قَالَ : يَا أَيُّهَا النَّاسُ , أَفْشُوا السَّلاَمَ ، وَأَطْعِمُوا الطَّعَامَ , وَصَلُّوا بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ ، تَدْخُلُوا الْجَنَّةَ بِسَلاَمٍ.

“Rəvayət edilir ki, Abdullah ibn Səlam ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gəldikdə insanlar onun ətrafına toplanmışdılar və: “Allah Elçisi ﷺ gəlib!” deyirdilər. Mən də digər insanlarla birlikdə ona baxmağa gəlmişdim. Onun üzünə baxdıqda onun yalançı bir üzə sahib olmadığını gördüm. Onun dediyi ilk sözlər bu idi: “Ey insanlar! Salamı yayın, yemək yedizdirin və insanlar yatdıqları vaxt namaz qılın! Beləcə Cənnətə rahat şəkildə girərsiniz”.”

Abdullah ibn Səlam
Səhih

İstinad

İbn Məcə, 1334 (İqamətus-salat, 532)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr