Namazlara başlamaq və onda olan sünnələr

Quranı gözəl səslə oxumaq

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عُثْمَانَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا حَنْظَلَةُ بْنُ أَبِي سُفْيَانَ ، أَنَّهُ سَمِعَ عَبْدَ الرَّحْمَنِ بْنَ سَابِطٍ الْجُمَحِيَّ يُحَدِّثُ عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَتْ : أَبْطَأْتُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَيْلَةً بَعْدَ الْعِشَاءِ ، ثُمَّ جِئْتُ , فَقَالَ : أَيْنَ كُنْتِ ؟ قُلْتُ : كُنْتُ أَسْمَعُ قِرَاءَةَ رَجُلٍ مِنْ أَصْحَابِكَ , لَمْ أَسْمَعْ مِثْلَ قِرَاءَتِهِ وَصَوْتِهِ مِنْ أَحَدٍ ، قَالَتْ : فَقَامَ وَقُمْتُ مَعَهُ حَتَّى اسْتَمَعَ لَهُ ، ثُمَّ الْتَفَتَ إِلَيَّ , فَقَالَ : هَذَا سَالِمٌ , مَوْلَى أَبِي حُذَيْفَةَ ، الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ فِي أُمَّتِي مِثْلَ هَذَا.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ dövründə İşa namazından sonra onun yanına bir az gec gəldim. O dedi: “Harada idin?” Mən dedim: “Sənin səhabələrindən birinin Quran oxumasına qulaq asırdım. Mən heç vaxt onun səsinə bənzər bir səs eşitməmişdim”. Peyğəmbər ﷺ qalxıb onu dinləmək üçün qalxdı, mən də onunla birlikdə qalxdım. Ona qulaq asdıqdan sonra mənə tərəf dönərək buyurdu: “Bu, Əbu Huzeyfənin köləlikdən azad etdiyi Səlimdir. Bunun kimi səsli birini mənim ümmətimdən etməsinə görə Allaha həmd olsun!””

Aişə
Səhih

İstinad

İbn Məcə, 1338 (İqamətus-salat, 536)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr