Quranın neçə günə xətm edilməsi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ يَحْيَى بْنِ حَكِيمِ بْنِ صَفْوَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : جَمَعْتُ الْقُرْآنَ , فَقَرَأْتُهُ كُلَّهُ فِي لَيْلَةٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي أَخْشَى أَنْ يَطُولَ عَلَيْكَ الزَّمَانُ ، وَأَنْ تَمَلَّ ، فَاقْرَأْهُ فِي شَهْرٍ , فَقُلْتُ : دَعْنِي أَسْتَمْتِعْ مِنْ قُوَّتِي وَشَبَابِي ، قَالَ : فَاقْرَأْهُ فِي عَشْرٍ , قُلْتُ : دَعْنِي أَسْتَمْتِعْ مِنْ قُوَّتِي وَشَبَابِي ، قَالَ : فَاقْرَأْهُ فِي سَبْعٍ , قُلْتُ : دَعْنِي أَسْتَمْتِعْ مِنْ قُوَّتِي وَشَبَابِي , فَأَبَى.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Quranı bir gecə ərzində xətm etmişdim. Allah Elçisi ﷺ buyurdu: “Qorxuram ki, müəyyən vaxtdan sonra usanasan. (Quranı) bir ay ərzində xətm et!” Mən dedim: “Qoy mən gücümdən və cavanlığımdan faydalanım”. Allah Elçisi ﷺ dedi: “Onda (Quranı) on gün ərzində xətm et!” Mən dedim: “Qoy mən gücümdən və cavanlığımdan faydalanaraq (Quranı) daha qısa müddətə xətm edim”. Allah Elçisi ﷺ dedi: “Onda (Quranı) bir həftə ərzində xətm et!” Mən dedim: “Qoy mən gücümdən və cavanlığımdan faydalanaraq (Quranı) daha qısa müddətə xətm edim”. O, razı olmadı”.”
İstinad
İbn Məcə, 1346 (İqamətus-salat, 544)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr