Namazlara başlamaq və onda olan sünnələr

Gecə namazında olan qiraət haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ بُرْدِ بْنِ سِنَانٍ ، عَنْ عُبَادَةَ بْنِ نُسَيٍّ ، عَنْ غُضَيْفِ بْنِ الْحَارِثِ ، قَالَ : أَتَيْتُ عَائِشَةَ , فَقُلْتُ أَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَجْهَرُ بِالْقُرْآنِ أَوْ يُخَافِتُ بِهِ ؟ قَالَتْ : رُبَّمَا جَهَرَ وَرُبَّمَا خَافَتَ ، قُلْتُ : اللَّهُ أَكْبَرُ , الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ فِي هَذَا الأَمْرِ سَعَةً.

“Rəvayət edilir ki, Ğudeyf ibn əl-Haris ﵀ demişdir: “Mən Aişənin yanına gəlib dedim: “Allah Elçisi ﷺ Quranı səsli oxuyardı, yoxsa səssiz?” O dedi: “Bəzən səsli, bəzən də səssiz oxuyardı”. Mən dedim: “Allahu Əkbər! Bu işdə genişlik verən Allaha həmd olsun!””

Ğudeyf ibn əl-Haris
Səhih

İstinad

İbn Məcə, 1354 (İqamətus-salat, 552)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr