Gecə namazına qalxanın dua etməsi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عُمَرَ ، حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ الْيَمَامِيُّ ، حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ : بِمَ كَانَ يَسْتَفْتِحُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَتَهُ إِذَا قَامَ مِنَ اللَّيْلِ ؟ قَالَتْ : كَانَ يَقُولُ : اللَّهُمَّ رَبَّ جِبْرَئِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ ، فَاطِرَ السَّمَاوَاتِ وَالأَرْضِ ، عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ ، أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ ، اهْدِنِي لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ ، إِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ. قَالَ عَبْدُ الرَّحْمَنِ بْنُ عُمَرَ : احْفَظُوهُ : جَبْرَئِيلُ : مَهْمُوزَةً , فَإِنَّهُ كَذَا عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵁ demişdir: “Mən Aişədən Peyğəmbərin ﷺ gecə namazını qılarkən namaza hansı dua ilə başladığı haqda soruşdum. O dedi: “O, belə deyərdi: “Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! İxtilafda olduqları şeylər barəsində bəndələrinin arasında Sən hökm verirsən. Baş vermiş ixtilafda məni Öz izninlə haqqa yönəlt! Həqiqətən, Sən doğru yola yönəldirsən!””
İstinad
İbn Məcə, 1357 (İqamətus-salat, 555)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr