Namazlara başlamaq və onda olan sünnələr

Gecə namazının hansı vaxtda qılınmasının daha üstün olması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، وَيَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، قَالاَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، وَأَبِي عَبْدِ اللهِ الأَغَرِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : يَنْزِلُ رَبُّنَا تَبَارَكَ وَتَعَالَى ، حِينَ يَبْقَى ثُلُثُ اللَّيْلِ الآخِرُ ، كُلَّ لَيْلَةٍ ، فَيَقُولُ : مَنْ يَسْأَلُنِي فَأُعْطِيَهُ ؟ مَنْ يَدْعُونِي فَأَسْتَجِيبَ لَهُ ؟ مَنْ يَسْتَغْفِرُنِي فَأَغْفِرَ لَهُ ؟ حَتَّى يَطْلُعَ الْفَجْرُ , فَلِذَلِكَ كَانُوا يَسْتَحِبُّونَ صَلاَةَ آخِرِ اللَّيْلِ عَلَى أَوَّلِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bərəkəti bol və Uca olan Rəbbimiz hər gecənin son üçdəbirində (dünya səmasına) enir və belə buyurur: “Məndən istəyən varmı, ona istədiyini verim? Mənə dua edən varmı, onun duasına cavab verim? Məndən bağışlanma diləyən varmı, onu bağışlayım?” Bu, Sübh namazının daxil olduğu vaxta qədər davam edir”. Buna görə də səhabələr gecənin sonunda qılınan namazı gecənin əvvəlinə nisbətən daha çox xoşlayardılar.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1366 (İqamətus-salat, 564)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr