Namazda yuxusu gələn haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عِمْرَانُ بْنُ مُوسَى اللَّيْثِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ سَعِيدٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ الْمَسْجِدَ , فَرَأَى حَبْلاً مَمْدُودًا بَيْنَ سَارِيَتَيْنِ ، فَقَالَ : مَا هَذَا الْحَبْلُ ؟ قَالُوا : لِزَيْنَبَ تُصَلِّي فِيهِ , فَإِذَا فَتَرَتْ تَعَلَّقَتْ بِهِ , فَقَالَ : حُلُّوهُ حُلُّوهُ , لِيُصَلِّ أَحَدُكُمْ نَشَاطَهُ ، فَإِذَا فَتَرَ فَلْيَقْعُدْ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə gələndə iki sütun arasında bağlanmış ip gördü və: “Bu ip nədir?” deyə soruşdu. Səhabələr dedilər: “Bu, namaz qıldıqda Zeynəbin yorulduqdan sonra bu ipə söykənərək namaza davam etməsi üçündür. Peyğəmbər ﷺ buyurdu: “Onu açın! Onu açın! Sizdən biri gümrah olduqda namaz qılsın, yorulduqda isə otursun”.”
İstinad
İbn Məcə, 1371 (İqamətus-salat, 569)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr