Namazlara başlamaq və onda olan sünnələr

Evdə qılınan nafilə namazlar haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ يَحْيَى ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي سُفْيَانَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا قَضَى أَحَدُكُمْ صَلاَتَهُ ، فَلْيَجْعَلْ لِبَيْتِهِ مِنْهَا نَصِيبًا ، فَإِنَّ اللَّهَ جَاعِلٌ فِي بَيْتِهِ مِنْ صَلاَتِهِ خَيْرًا.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz (məsciddə fərz) namazı qıldıqda evində namaz qılmaq üçün pay ayırsın. Həqiqətən, evdə qılacağı namaza görə Allah onun evinə xeyir verər”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

İbn Məcə, 1376 (İqamətus-salat, 574)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr