Vacib olan beş namazı qılan və onları qoruyan haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ عَبْدِ رَبِّهِ بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ ابْنِ مُحَيْرِيزٍ ، عَنِ الْمُخْدَجِيِّ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : سَمِعْتُ رَسُول اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : خَمْسُ صَلَوَاتٍ افْتَرَضَهُنَّ اللَّهُ عَلَى عِبَادِهِ ، فَمَنْ جَاءَ بِهِنَّ لَمْ يَنْتَقِصْ مِنْهُنَّ شَيْئًا ، اسْتِخْفَافًا بِحَقِّهِنَّ ، فَإِنَّ اللَّهَ جَاعِلٌ لَهُ يَوْمَ الْقِيَامَةِ عَهْدًا أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، وَمَنْ جَاءَ بِهِنَّ قَدِ انْتَقَصَ مِنْهُنَّ شَيْئًا ، اسْتِخْفَافًا بِحَقِّهِنَّ ، لَمْ يَكُنْ لَهُ عِنْدَ اللهِ عَهْدٌ ، إِنْ شَاءَ عَذَّبَهُ ، وَإِنْ شَاءَ غَفَرَ لَهُ.
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah qullarına beş vaxt namazı vacib etdi. Kim bu namazlardan bir şey naqisləşdirmədən və haqqını dəyərsiz hesab etmədən gələrsə, Allah Qiyamət günü onu Cənnətə salacağını vəd etmişdir. Kim bu namazlardan bir şey naqisləşdirər və haqqını dəyərsiz hesab edərək gələrsə, onun üçün Allah qatında heç bir vəd yoxdur. İstəsə, ona əzab verər, istəsə də, onu bağışlayar”.”
İstinad
İbn Məcə, 1401 (İqamətus-salat, 599)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr