Cənazəyə aid fəsillər

Xəstəni ziyarət etmək haqda nə rəvayət edilib?

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْحَارِثِ ، عَنْ عَلِيٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لِلْمُسْلِمِ عَلَى الْمُسْلِمِ سِتَّةٌ بِالْمَعْرُوفِ : يُسَلِّمُ عَلَيْهِ إِذَا لَقِيَهُ ، وَيُجِيبُهُ إِذَا دَعَاهُ ، وَيُشَمِّتُهُ إِذَا عَطَسَ ، وَيَعُودُهُ إِذَا مَرِضَ ، وَيَتْبَعُ جِنَازَتَهُ إِذَا مَاتَ ، وَيُحِبُّ لَهُ مَا يُحِبُّ لِنَفْسِهِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanın müsəlman üzərində altı haqqı var: qarşılaşdıqda salamlaşar, dəvətini qəbul edər, asqırdıqda onun üçün xeyir diləyər, xəstələndikdə onu ziyarət edər, öldükdə cənazəsində iştirak edər, özü üçün istədiyini onun üçün də istəyər”.”

Əli
Zəif

İstinad

İbn Məcə, 1433 (Cənazələr, 1)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər