Cənazəyə aid fəsillər

Xəstəni ziyarət etmək haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خَمْسٌ مِنْ حَقِّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ : رَدُّ التَّحِيَّةِ ، وَإِجَابَةُ الدَّعْوَةِ ، وَشُهُودُ الْجِنَازَةِ ، وَعِيَادَةُ الْمَرِيضِ ، وَتَشْمِيتُ الْعَاطِسِ إِذَا حَمِدَ اللَّهَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanın müsəlman üzərində beş haqqı var: salam verdikdə salamını alar, dəvətini qəbul edər, öldükdə cənazəsində iştirak edər, xəstələndikdə onu ziyarət edər və asqırıb Allaha həmd etdikdə onun üçün xeyir diləyər”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1435 (Cənazələr, 3)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər