Cənazəyə aid fəsillər

Xəstəni ziyarət etməyin savabı haqda nə rəvayət edilib?

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ عَلِيٍّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ أَتَى أَخَاهُ الْمُسْلِمَ عَائِدًا ، مَشَى فِي خَرَافَةِ الْجَنَّةِ حَتَّى يَجْلِسَ ، فَإِذَا جَلَسَ غَمَرَتْهُ الرَّحْمَةُ ، فَإِنْ كَانَ غُدْوَةً ، صَلَّى عَلَيْهِ سَبْعُونَ أَلْفَ مَلَكٍ حَتَّى يُمْسِيَ ، وَإِنْ كَانَ مَسَاءً ، صَلَّى عَلَيْهِ سَبْعُونَ أَلْفَ مَلَكٍ حَتَّى يُصْبِحَ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: ”Kim xəstə müsəlman qardaşını ziyarət etməyə gələrsə, (onun yanına gəlib) oturanadək Cənnət bağlarında yeriyər. Oturduqda isə onu rəhmət bürüyər. Bunu səhər edərsə, axşamadək yetmiş min mələk onun üçün bağışlanma diləyər, axşam edərsə, səhərədək yetmiş min mələk onun üçün bağışlanma diləyər”.”

Əli
Səhih

İstinad

İbn Məcə, 1442 (Cənazələr, 10)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər