Cənazəyə aid fəsillər

Ölüm ayağında olan xəstənin yanında deyilməli olan haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا حَضَرْتُمُ الْمَرِيضَ أَوِ الْمَيِّتَ ، فَقُولُوا خَيْرًا ، فَإِنَّ الْمَلاَئِكَةَ يُؤَمِّنُونَ عَلَى مَا تَقُولُونَ. فَلَمَّا مَاتَ أَبُو سَلَمَةَ , أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَبَا سَلَمَةَ قَدْ مَاتَ ، قَالَ : قُولِي : اللَّهُمَّ اغْفِرْ لِي وَلَهُ ، وَأَعْقِبْنِي مِنْهُ عُقْبَى حَسَنَةً , قَالَتْ : فَفَعَلْتُ : فَأَعْقَبَنِي اللَّهُ مَنْ هُوَ خَيْرٌ مِنْهُ ، مُحَمَّدٌ , صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xəstənin və ya meyitin yanında olduqda xeyir dua edin, çünki mələklər sizin dediklərinizə “Amin” deyirlər”. Əbu Sələmə vəfat etdikdə mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Ey Allahın Elçisi, Əbu Sələmə öldü”. O buyurdu: “De: “Allahım, məni və onu bağışla! Onun əvəzində mənə daha xeyirlisini ver!” Mən elə də dedim və Allah ﷿ da mənə ondan daha xeyirlisini – Muhəmmədi ﷺ nəsib etdi”.”

Ummu Sələmə
Səhih

İstinad

İbn Məcə, 1447 (Cənazələr, 15)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər