Cənazəyə aid fəsillər

Vəfat edənin qüsl edilməsi haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِيُّ ، عَنْ أَيُّوبَ , حَدَّثَتْنِي حَفْصَةُ ، عَنْ أُمِّ عَطِيَّةَ ، بِمِثْلِ حَدِيثِ مُحَمَّدٍ ، وَكَانَ فِي حَدِيثِ حَفْصَةَ : اغْسِلْنَهَا وِتْرًا , وَكَانَ فِيهِ : اغْسِلْنَهَا ثَلاَثًا ، أَوْ خَمْسًا , وَكَانَ فِيهِ : ابْدَؤُوا بِمَيَامِنِهَا ، وَمَوَاضِعِ الْوُضُوءِ مِنْهَا , وَكَانَ فِيهِ : أَنَّ أُمَّ عَطِيَّةَ قَالَتْ : وَمَشَطْنَاهَا ثَلاَثَةَ قُرُونٍ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Onu tək sayda yuyun”, digər rəvayətdə “onu üç və ya beş dəfə yuyun”, həmçinin digər hədisdə deyilir: “Onu yumağa sağ tərəfindən və dəstəmaz əzalarından başlayın”. Həmçinin Ummu Atiyyə demişdir: “Biz onun saçını daradıq və üç hörük hördük”.”

Həfsa
Səhih

İstinad

İbn Məcə, 1459 (Cənazələr, 27)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər