Cənazəyə aid fəsillər

Ölüm xəbərini yaymağın qadağan edilməsi haqda nə rəvayət edilib?

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حَبِيبِ بْنِ سُلَيْمٍ ، عَنْ بِلاَلِ بْنِ يَحْيَى ، قَالَ : كَانَ حُذَيْفَةُ إِذَا مَاتَ لَهُ الْمَيِّتُ ، قَالَ : لاَ تُؤْذِنُوا بِهِ أَحَدًا ، إِنِّي أَخَافُ أَنْ يَكُونَ نَعْيًا ، إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِأُذُنَيَّ هَاتَيْنِ ، يَنْهَى عَنِ النَّعْيِ.

“Rəvayət edilir ki, Bilal ibn Yəhya ﵀ demişdir: “Bir cənazə olduqda Huzeyfə belə dedi: “Bu ölənin ölüm xəbərini heç kimə yaymayın! Bunun cahiliyyət dövründəki ölüm xəbərini yaymaq ola biləcəyindən qorxuram. Mən Allah Elçisinin ﷺ ölüm xəbərini yaymağı qadağan etdiyini bu qulaqlarımla eşitmişəm”.”

Bilal ibn Yəhya
Səhih

İstinad

İbn Məcə, 1476 (Cənazələr, 44)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər