Cənazənin dəfn olunmasını gecikdirməmək və odla müşayiət etməmək haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، أَخْبَرَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : قَرَأْتُ عَلَى الْفُضَيْلِ بْنِ مَيْسَرَةَ ، عَنْ أَبِي حَرِيزٍ ، أَنَّ أَبَا بُرْدَةَ حَدَّثَهُ قَالَ : أَوْصَى أَبُو مُوسَى الأَشْعَرِيُّ حِينَ حَضَرَهُ الْمَوْتُ ، فَقَالَ : لاَ تَتْبَعُونِي بِمِجْمَرٍ ، قَالُوا لَهُ : أَوَسَمِعْتَ فِيهِ شَيْئًا ؟ قَالَ : نَعَمْ ، مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu Burdə ﵁ demişdir: “Əbu Musa əl-Əşari vəfat edərkən: “Cənazəmin arxası ilə odla gəlməyin!”- deyə vəsiyyət etdi. Ona dedilər: “Bu haqda bir şey eşitmisən?” Əbu Musa dedi: “Bəli, Allah Elçisindən ﷺ eşitmişəm”.”
İstinad
İbn Məcə, 1487 (Cənazələr, 55)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər