Cənazə namazında edilən dua haqda nə rəvayət edilib?
حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا صَلَّى عَلَى جِنَازَةٍ يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا ، وَشَاهِدِنَا وَغَائِبِنَا ، وَصَغِيرِنَا وَكَبِيرِنَا ، وَذَكَرِنَا وَأُنْثَانَا ، اللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الإِسْلاَمِ ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الإِيمَانِ ، اللَّهُمَّ لاَ تَحْرِمْنَا أَجْرَهُ ، وَلاَ تُضِلَّنَا بَعْدَهُ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ cənazə namazı qıldıqda belə dua edərdi: “Allahım, dirimizi və ölümüzü, burada olanımızı və olmayanımızı, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla! Allahım, bizdən kimi yaşatsan, müsəlman kimi yaşat! Bizdən kimi öldürsən, mömin kimi öldür! Allahım, onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!””
İstinad
İbn Məcə, 1498 (Cənazələr, 66)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər