Cənazə namazında dörd dəfə təkbir etmək haqda nə rəvayət edilib?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ الْمُحَارِبِيُّ ، حَدَّثَنَا الْهَجَرِيُّ ، قَالَ : صَلَّيْتُ مَعَ عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى الأَسْلَمِيِّ , صَاحِبِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى جِنَازَةِ ابْنَةٍ لَهُ ، فَكَبَّرَ عَلَيْهَا أَرْبَعًا ، فَمَكَثَ بَعْدَ الرَّابِعَةِ شَيْئًا ، قَالَ : فَسَمِعْتُ الْقَوْمَ يُسَبِّحُونَ بِهِ ، مِنْ نَوَاحِي الصُّفُوفِ ، فَسَلَّمَ , ثُمَّ قَالَ : أَكُنْتُمْ تَرَوْنَ أَنِّي مُكَبِّرٌ خَمْسًا ؟ قَالُوا : تَخَوَّفْنَا ذَلِكَ ، قَالَ : لَمْ أَكُنْ لأَفْعَلَ ، وَلَكِنْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يُكَبِّرُ أَرْبَعًا ، ثُمَّ يَمْكُثُ سَاعَةً ، فَيَقُولُ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ ، ثُمَّ يُسَلِّمُ.
“Rəvayət edilir ki, əl-Həcəri ﵀ demişdir: “Mən Allah Elçisinin ﷺ səhabəsindən olan Abdullah ibn Əbu Aufə əs-Əsləminin yanında onun qızının cənazə namazını qıldım. Cənazə namazında dörd dəfə təkbir etdi, dördüncü təkbirdən sonra bir az gözlədi”. Ravi deyir: “Mən cərgələrdən camaatın imamı xəbərdar etmək üçün “Subhən-Allah” dediklərini eşitdim. Sonra o dedi: “Siz mənim beşinci dəfə təkbir edəcəyimi hesab edirdiniz?” Onlar dedilər: “Biz bundan ehtiyat edirdik”. Abdullah dedi: “Beşinci dəfə təkbir edən deyiləm, lakin Allah Elçisi ﷺ dörd dəfə təkbir edir, sonra gözləyərək Allahın istədiyi qədər dua edər, sonra salam verərdi”.”
İstinad
İbn Məcə, 1503 (Cənazələr, 71)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər