Cənazəyə aid fəsillər

Cənazə namazında beş dəfə təkbir edən haqqında nə rəvayət edilib?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ (ح) وحَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، وَأَبُو دَاوُدَ ، عَنْ شُعْبَةَ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، قَالَ : كَانَ زَيْدُ بْنُ أَرْقَمَ يُكَبِّرُ عَلَى جَنَائِزِنَا أَرْبَعًا ، وَأَنَّهُ كَبَّرَ عَلَى جِنَازَةٍ خَمْسًا , فَسَأَلْتُهُ , فَقَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُكَبِّرُهَا.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Zeyd ibn Ərqam cənazə namazlarımızda dörd dəfə təkbir edərdi. Bir dəfə isə cənazə namazında beş dəfə təkbir etdi. Bunu ondan soruşduqda dedi: “Allah Elçisi ﷺ də bu təkbiri edərdi”.”

Abdur-Rahmən ibn Əbu Leyla
Səhih

İstinad

İbn Məcə, 1505 (Cənazələr, 73)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər