Cənazəyə aid fəsillər

Cənazə üçün ayağa durmaq haqda nə rəvayət olunub?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَعُقْبَةُ بْنُ مُكْرَمٍ ، قَالاَ : حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، حَدَّثَنَا بِشْرُ بْنُ رَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ سُلَيْمَانَ بْنِ جُنَادَةَ بْنِ أَبِي أُمَيَّةَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا اتَّبَعَ جِنَازَةً , لَمْ يَقْعُدْ حَتَّى تُوضَعَ فِي اللَّحْدِ , فَعَرَضَ لَهُ حَبْرٌ ، فَقَالَ : هَكَذَا نَصْنَعُ يَا مُحَمَّدُ , فَجَلَسَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَقَالَ : خَالِفُوهُمْ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Peyğəmbər ﷺ cənazəni müşayiət etdikdə cənazə qəbrə qoyulana qədər oturmazdı. Elmli bir yəhudi dedi: “Biz də belə edirik, ey Muhəmməd!” Allah Elçisi ﷺ oturub buyurdu: “Onlara müxalif olun!””

Ubadə ibn əs-Samit
Həsən

İstinad

İbn Məcə, 1545 (Cənazələr, 113)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər